Loading...
Loading...
Gündəm

Şəhid Səxavət Hacıyevin anım mərasimi keçirilib

Suraxanı rayonunda 1-ci Qarabağ müharibəsinin şəhidi Səxavət Hacıyevin 55 illiyi münasibəti anım tədbir keçirilib.

Mərasimdə gənc yazar Xalid Mahmudun şəhidə həsr etdiyi “Vətən sənə oğul dedi” kitabının da təqdimatı da baş tutub. 

Kitabda Azərbaycanın müdafiəsi, ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş Səxavət Hacıyevin şərəfli döyüş yolundan bəhs edir. 

Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin doğulduğu Lerik rayonunun icra hakimiyyəti nümayəndəsi Cəlil Baxşıyev, deputatlar, şəhidin ailə üzvləri, şairlər, ziyalılar, şəhid ailələri, və qazilər iştirak ediblər. 

Mərasimdə çıxış edənlər şəhid Səxavət Hacıyevin 1-ci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan, onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Şəhid Səxavət Hacıyev 1966-cı il Lerik rayonunun Rvarud kəndində doğulub. 

O, 1992-ci ildə könüllü olaraq, Qarabağ uğrunda başlanan döyüşlərə qatılır. 

İlk olaraq Şuşada vuruşan Sxavət Hacıyev Sədərək uğrunda, həmçininin Laçın uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Lakin o, Ağdərədə Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Bu döyüş Səxavətin sonuncu göstərdiyi qəhrəmanlıq döyüşü olur.

O, 1993-ci il yanvarın 25-də əbədi ölməzliyə qovuşuraq, şəhidlik zirvəsinə ucalır.

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button