Gündəm

Şəhidin xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi keçirilib

Oktyabrın 10-da şəhid Rövşən İsmayılovun xatirəsinə həsr olunmuş abidə və bulağın açılışı olub. 

Abidə və bulaq şəhidin yaşadığı binanın qarşısında inşa edilib. 

Abidənin təşəbbüskarı və müəllifi heykəltəraş Hüseyn Haqverdiyev olub. 

Saat 14:30-da baş tutan açılış mərasimində ictimaiyyət nümayəndələri, jurnalistlər, şəhidin döyüş yoldaşları və yaxınları, həmçinin binanın sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən əsgər yoldaşları Rövşən İsmayılovun keçdiyi döyüş yolundan bəhs ediblər. Eyni zamanda, sinif yoldaşıları, dostları və tədbir iştirakçıları İsmayılovla bağlı xatirələrini bölüşüblər. 
 
Döyüş yoldaşları bildiriblər ki, Rövşən İsmayılov Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və “Tülkü dərəsi” adlı yerdə qəhrəmancasına həlak olub.
 
O, ölümündən sonra “Suqovuşanın azad edilməsi” və “Vətən uğrunda” medalları ilə təltif olunub.  

Tədbirin sonunda şəhidin anası Təranə İsmayılova və jurnalist Xədicə İsmayıl tədbir iştirakçılarına onlara verdikləri mənəvi dəstəyə görə təşəkkür ediblər. 

Xatırladaq ki, şəhid Rövşən İsmayılov araşdırmaçı jurnalist Xədicə İsmayılın qardaşı oğludur. 
 

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button