2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səhiyyə Nazirliyi qızılcayla bağlı valideynlərə çağırış edib

“Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”.

Toplum TV “Report”a istinadən xəbər verir ki, bunu dekabrın 6-da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, peyvənd nəticəsində qızılcaya yoluxmanın sayında kifayət qədər azalma olub və peyvənd kifayət qədər effektivdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün həmçinin məlum olub ki, ölkə məktəblərində qızılcaya qarşı profilaktik tədbirlər başlayıb.

Belə ki, məktəblərdə qızılca səbəbindən şagirdlərin temperaturları ölçülür. Şagirdlərlə qızılca xəstəliyi mövzusunda maarifləndirici söhbətlər aparılır, şagirdlərə şəxsi gigiyenalarına xüsusi diqqət vermək tövsiyə olunur.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button