2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şəhid mayora Azərbaycanın Milli Qəhrəmanı adı verildi

Prezident İlham Əliyevin sərəncamı ilə erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-nədək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlığa görə, şəhid mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xəbəri şəhidin döyüşçü yoldaşları təsdiqləyiblər.

Mayor Samid İmanov 1981-ci ildə Neftcala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz acıb. 1998-ci ildə Neftcala rayonunda 1 saylı orta məktəbi bitirib və həmən il Ali Hərbi Məktəbə daxil olub, 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə başa vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə Cumruhiyyətində “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” komando təlimi və “paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″ ,”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumuniya Respublikasında “dağa dırmanma üzrə təlimatcı” kursunda iştirak edib.

2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində xidmət edib.

Xidməti müddətində 6 medalla təltif olunan az sayda hərbçilərdən biri olub.

Məlumata görə, o, bir müddət müdafiə naziri Zakir Həsənovun muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra edib.

Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə iki dəfə ölkə rəhbərliyi tərəfindənqəbul edilərək mükafatlandırılıb.

Mayor Samid İmanovun başçılıq etdiyi dəstələr onun yüksək komandirlik bacarığının sayəsində düşmənə ağır zərbələr vurub, dəfələrlə düşmənin arxasına kecib, komandanlığa cox vacib materiallar gətirib.

O, Silahlı Qüvvələrin ən bacaraqlı zabitlərindən biri olub.

2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq ücün Samidin dəstəsi əməliyyat kecirib, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıdıb.

2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə zabitimizin son döyüşü olub.

Tərtərin Talış kəndi ətrafındakı atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarılmasına etiraz edib, yaralı əsgərinin (gizir) xilas edilməsi əmrini verib. Əsgərlərinin etirazına baxmayaraq, əmrin icra edilməsi ücün qəti göstəriş verib.

Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıdıb, amma komandiri yerində tapa bilməyiblər.

Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan aralanıb, lakin aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Modern.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button