2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Sərnişin təyyarəsi qaçaqçılıq şübhəsiylə Fransada 4 gün saxlanıldı!

class=”mediyanet-inline-adv”>

Hindistan vətəndaşlarını daşıyan və Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan Rumıniyada yerləşən Legend Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 21-də yanacaq doldurmaq üçün Fransa hava limanına enib.

Aldıqları xəbərə əsasən hərəkətə keçən Fransa rəsmiləri 300-dən çox sərnişini olan təyyarənin “insan qaçaqmalçılığı” şübhəsi ilə yenidən havaya qalxmasına icazə verməyib. Günlərlə Fransanın şimal-şərqindəki Şalon-Vatri hava limanında saxlanılan sərnişin təyyarəsinə yenidən uçuş icazəsi verildikdən sonra 276 sərnişini olan təyyarə Hindistanın Mumbay şəhərinə eniş edib.

Saytların yığılması Saytlarin yigilmasi

Sərnişinlərdən 25-i “sığınacaq” üçün müraciət etdikləri səbəbiylə Fransada qalarkən, təyyarədəki 2 sərnişinin “insan alveri” səbəbiylə Fransada nəzarətə alındığı öyrənilib.

Sərnişinlərin əksəriyyətinin BƏƏ-də işləyən Hindistan vətəndaşları olduğu bildirilərkən, Fransa rəsmiləri bəzi sərnişinlərin ABŞ və ya Kanadaya girmədən əvvəl Nikaraquaya getmək istədiyini bildirib.

Digər tərəfdən, təyyarənin niyə Nikaraqua yerinə Mumbaya uçması ilə bağlı heç bir açıqlama verilməyib.

2023-12-26 15:28:10

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button