2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sığorta xəbərləriXəbərlər

Sərnişinlərin fərdi qəza sığortası vətəndaşlar üçün hansı üstünlük yaradır?

Bir aydan çoxdur ki, Azərbaycanda sərnişinlərinin fərdi qəza sığortası olmayan avtobuslar texniki baxışa buraxılmır.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlər Kabinetinin mayın 16-da “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 15 mart 1999-cu il tarixli qərarında etdiyi dəyişikliyə görə, icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılır.

Bəs sərnişinlərin fərdi qəza sığortası vətəndaşlar üçün hansı üstünlük yaradır? Hansı hallarda avtobus qəzası sığorta hadisəsi hesab olunur? Zərərçəkmişlərə sığorta ödənişini kim, necə və nə qədər ödəyir?

İcbari Sığorta Bürosundan bildirilib ki, “İcbari sığortalar haqqında” qanunun tələblərinə əsasən, şəhərlərarası və beynəlxalq sərnişin daşımaları xidməti həyata keçirən nəqliyyat vasitələrinin (o cümlədən avtobusların) iki icbari sığorta növü üzrə sığortalanması mütləqdir. Bunlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) və sərnişinlərin icbari fərdi qəza sığortasıdır (SİFQS).

SİFQS üzrə nəqliyyat vasitəsi sərnişindaşıma xidmətini yerinə yetirməsi ilə əlaqədar hərəkətdə və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta edilmiş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar onun bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül, az ağır və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilir. Bu halda isə sığorta məbləği, nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə – 5000 manat, hər bir nəqliyyat vasitəsinə münasibətdə isə bu məbləğin müvafiq nəqliyyat vasitəsindəki sərnişin yerlərinin sayına hasili ilə hesablanır.

Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin bu nisbətlərində ödənilir: Zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsinə görə 100 %, zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsinə görə 100 %, zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin müəyyən olunması zamanı orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə 80 %, orqanizmin funksiyalarının 61-80 % pozulmasına görə 60 %, orqanizmin funksiyalarının 31-60 % pozulmasına görə 40 %, əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət almasına görə 30 %, yüngül xəsarət almasına görə 15 %.

Yuxarıda qeyd olunan iki növ üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

İcbari qaydada sığortalanmanın təmin edilməsinə nəzarəti “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında ölkə prezidentinin fərmanının 4.4-cü maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Daxili İşlər Nazirliyi, hava, su və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Eyni zamanda, İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsində istənilən avtonəqliyyat vasitəsinin sığorta müqaviləsinin mövcudluğunun yoxlanılması (https://services.isb.az/cmtpl/checkValidity) ilə bağlı imkanlar yaradılıb.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə hazırda qüvvədə olan müqavilələrin sayı 145 ədəd, bu müqavilələrə görə toplanmış sığorta haqqı isə 99 min 730 manatdır.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hesab edir ki, sərnişinlərinin fərdi qəza sığortası olmayan avtobusların texniki baxışa buraxılmaması, dolayısı ilə bu növ sığortanın tətbiqinə nəzarətin gücləndirilməsi deməkdir. Bununla belə, onun sözlərinə görə, vətəndaşların baş verə biləcək xoşagəlməz hallardan sığortalı olması həm də onların özündən asılıdır: “Sərnişinlərə dəfələrlə müraciət və tövsiyə edilib ki, rayonlara səfərləri avtovağzaldan avtovağzala həyata keçirsinlər. Çünki avtovağzaldan çıxan avtobuslar və sürücülər reysqabağı müayinədən keçirilir. Bu da qəzaların başvermə riskini azaldır. Üstəlik sərnişinlər rəsmi bilet aldığına görə, artıq fərdi qaydada sığortalanmış sayılır”.

Sığorta üzrə ekspert İlkin İbrahimov isə deyir ki, avtobuslarda sığorta haqqının məbləği bir yer üzrə 6 manat nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsində fərdi qəza sığortasından yayınan sürücülər üçün 30 manat, fərdi sahibkarlar üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat cərimə nəzərdə tutulur. Cəriməni Dövlət Yol Polisi tətbiq edə bilər.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button