2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

“Şərur” MTK 5 min manatadək cərimələnə bilər

“Şərur” Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, buna səbəb İdarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalardır.

Belə ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun icraatına verilib.

Bildirək ki, həmin maddəyə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə – fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Protokol təsdiq olunarsa, “Şərur” MTK üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button