2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Səudiyyə Ərəbistanı və digər ölkələrdə qadınlara qadağan edilən nə qaldı?

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud qadınların avtomobil sürməsinə imkan yaradan qərar verib və beləliklə, dünyada qadınların avtomobil idarə etməsini qadağan edən bir ölkə qalmadı.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin 2018-ci ilin iyununda qüvvəyə minməsi gözlənilən bu dəyişikliyə baxmayaraq həddən artıq mühafizəkar olan bu ölkədə qadınlara qadağan olunan çox şey var.

Qadınlar gündəlik həyatda etmək istədikləri bir çox şey üçün kişilərdən icazə almalıdır. Bunların arasında pasport almaq, xaricə səyahət etmək, evlənmək, bank hesabı açmaq, bəzi sahələrdə şirkət təsis etmək, öz istəyi ilə əməliyyat keçirmək və həbsxanadan cıxmaq kimi şeylər də var.

Bunun arxasında Səudiyyə Ərəbistanının islamın mühafizəkar qanadı olan vəhhabiliyə söykənən qaydaları və valilik sistemi dayanır.

1979-cu ildə baş verən radikal qiyamdan sonra qaydalar sərtləşdirildi. Dünya İqtisadi Forumunun 2016 Gender İndeksində Səudiyyə Ərəbistanı sadəcə müharibə şəraitində olan Suriya və Yəməndən daha yaxşı göstərici almışdı.

İnsan Haqları Təşkilatı (HRW) ölkədə tətbiq edilən valilik sisteminin qadınlara ömür boyu müstəqil qərar verə bilməyən yetkinlik yaşına çatmayan insan kimi davranıldığını söyləyərək bu sistemi tənqid edir. Bu çətinliklərə baxmayaraq, bəzi qadınlar yanında kişi olmadan küçədə gəzməyin belə çətin olduğu bu ölkədə haqqları üçün etiraz aksiyaları təşkil edirlər.

Qadınlar məhkəmə sistemində də ayrı-seçkiliyə məruz qalır. Şəriətin mühafizəkar şərtlərini tətbiq edən bəzi ölkələrdə məlum olduğu kimi bir kişinin şahidliyi iki qadının şahidliyinə bərabər tutulur.

Qadınların boşandıqdan sonra yeddi yaşından böyük oğullarının və doqquz yaşından böyük qızlarının onlarla birgə yaşaması üçün icazə alması da çox çətindir. Ananın Səudiyyə Ərəbistanında yaşayan bir xarici vətəndaş olması və ya müsəlman olmaması bu vəziyyəti daha da çətinləşdirir.

Səudiyyə qadınlarına qadağan edilən digər şey də, abayə deyilən çarşabı geyinmədən evdən çölə çıxmaqdır. Qadınlar çarşab geyinmədən yalnız alış-veriş mərkəzlərində onlar üçün ayrılmış mərtəbələrdə gəzə bilərlər. Qadınlar burada çarşablarını çıxarmaq haqqına sahibdirlər. Bu qaydalar müsəlman olmayan qadınlar üçün tətbiq edilmir.

Müsəlman olmayan qadınlar başlarını örtmək məcburiyyətində deyillər. Səudiyyə Ərəbistanına gələn xarici qadınlar hava limanından çıxarkən onlara başlarını örtmələri barədə xəbərdarlıq edildiyini söyləsələr də, xarici dövlətlərin xanım başçıları və ya prezidentlərin xanımları ölkədə başlarını örtmədən gəzə bilərlər.

Qadınlara Səudiyyə Ərəbistanı qədər məhdudiyyətlər tətbiq edən çox az ölkə var. Lakin yenə də qadınların müxtəlif qadağalarla qarşılaşdığı ölkələr mövcuddur.

Çində Təhsil Nazirliyi qadınların mədən, tunel mühəndisliyi, aviasiya və bəzi başqa sahələrdə təhsil almasını qadağan edir. Səbəb kimi isə “qadınların təhlükəsizliyi” göstərilir.

İsraildə boşanma iddialarına dini məhkəmələr baxdığı üçün qadınlar ərin icazəsi olmadan boşanma iddiası qaldıra bilməzlər.

İngiltərədə çox az rast gəlinən məhkəmə prosesində qadına ərindən boşanmasına icazə verilməmişdi. Məhkəmə səbəb kimi ərin boşanmaq istəmədiyini göstərmişdi.

Rusiyada qadınlara icazə verilməyən işlərin siyahısı var. Bunların arasında dülgərlik, yanğınsöndürən, tramvay sürücüsü və kapitanlıq var. Bu siyahı 2000-ci ildə təsdiqlənib. Şirkətlərin “qadınlar üçün təhlükəsizlik qaydalarını təmin etdiyi halda” bu işi yerinə yetirəcək qadınlara xüsusi icazə verilməsi mümkün olsa da, təcrübədə bir çox şirkət maliyyə xərcləri səbəbiylə bunu etmir.

İndoneziyanın Lhokseumawe şəhərində isə qadınların motosikletdə kişinin arxasında sərnişin kimi normal vəziyyətdə oturması qadağan edilib. Bu şəhərdə motosikletin qadın sərnişinləri yana dönmüş vəziyyətdə otumaq məcburiyyətindədirlər.

Şəhərin bələdiyyə başçısı bunu “insanların əxlaqını qorumaq üçün” qadağan etdiklərini açılqamışdı. Həmin şəhərdə qadınların dar şalvar geyinməsi də qadağan edilib. Dar şalvar geyinən qadınların həmin anda saxlanılacağı, şalvarın əyindən çıxarılaraq parça-parça ediləcəyi və onlara hökumətin icazə verdiyi ətəklərdən geyindirililəcəyi bildirilmişdi.

Sudanda isə şalvar geyinən qadınlar qamçıyla cəzalandırılır. (BBC Azərbaycanca)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button