2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Sabah neft bir qədər də ucuzlaşsa, onların da axırı çatacaq” – BƏDBİN PROQNOZ…

“Əslində elə “Sumqayıt”, “Kəpəz”, “İnter” də hazırda ölü komanda kimidirlər”

Azərbaycanın məhşur futbol klublarından biri olan AZAL-ın fəaliyyətini dayandırması ötən günün əsas mövzularından biri olub.
Bir neçə il bundan öncə Azərbaycan çempionatında çempionluğa iddialı olan klub niyə dağıldı? Bundan sonra da hər hansısa futbol klubumuzu belə bir aqibət gözləyə bilərmi?
“Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:
“AZAL Azərbaycan futbolunda ölən və ya öldürülən nə birinci komandadır, nə də sonucu komanda olacaq. Proses bundan sonra da davam edəcək. Səhv etmirəmsə, AZAL fəaliyyətini dayandıran 48-ci komanda oldu. Azərbaycan çempionatının nə yaşı var ki? Cəmisi 25 ildə 48 komanda ölüb. İndi çempionatda 2 komanda – “Qəbələ” və “Qarabağ” SOCAR-dan maliyyələşmir. Qalan bütün komandaların maliyyəsi SOCAR-dan ayrılır. Sabah neft bir qədər də ucuzlaşsa, onların da axırı çatacaq. Əslində, elə “Sumqayıt”, “Kəpəz”, “İnter” də hazırda ölü komanda kimidirlər. Azərbaycan futbolunda idarəetmə sistemi dəyişməyənə, bu idarəçilər futbol təsərrüfatından uzaqlaşdırılmayana qədər klub ölümü davam edəcək. Ramin Musayev, Elxan Məmmədov olan sahəyə hansısa ağıllı sahibkar pul yatırmaz. Çünki onlar bilirlər ki, yatırdıqları vəsaitin qarşılığını görməyəcəklər, bu şəxslər onlara işləməyə imkan verməyəcəklər. Azərbaycan futbolunda durumu düzəltmək üçün ilk növbədə sağlam idarəetmə sisteminə sahib AFFA qurulmalı, onun sağlam düşüncəyə sahib prezidenti, o prezidentin də peşəkar komandası olmalıdır.”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button