2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sabir Rüstəmxanlı Rüstəm İbrahimbəyovdan inciyib

Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı kinorejissor Rüstəm İbrahimbəyovun ad günü ilə bağlı Bakıda təşkil olunan məclisə dəvət edilmədiyinə görə inciyib.  Az24saat.org xəbər verir ki, dünın axşam saatlarında sözügedən məclislə bağlı fotolar və xəbərlər yayılandan sonra Sabir Rüstəmxanlı Facebook-da status yazıb. O, statusunda qeyd edib ki, hazırda şair Musa Yaqubun evindədir və onunla “Sevgilim” çaxırı içir. Hətta çaxır içməyini fotosunu da paylaşıb. Statusun sonunda isə “Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?” deyə ritorik sualla çıxış edib. Bununla da Rüstəm İbrahimbəyovub ad günü məclisinə dəvət olunmamasının incikliyini biruzə verib.

Sabir Rüstəmxanlının həmin paylaşımını təqdim edirik:

“Bu gün Yardımlıdan geri dönərkən qəfildən görkəmli şairimiz, əziz döstüm Musa Yaqubdan zəng gəldi. ” Hardasan?” “Yardımlıdan qayıdıram” – dedim. “Mən də Bakıdayam. Görüşək.” – dedi. Səsi saglam idi. Axşam evinə getdim. Qarşıma axsaya-axsaya, əli əsalı çıxdı.
Sonuncu görüşümüzdən sonra xeyli dirçəlmişdi. Gülə-gülə” şükür, yaxşısan!, bu Əzrayıl müəllim, bilmir ki, şairləri bu həyatdan qoparmaq o qədər də asan deyil…” – dedim.

Üz-üzə oturmuşduq.Gah mənə, gah əlindəki əsaya baxıb ” görürsən də bu əsanı, o boyda meşələrim bizə hədiyyəsi…”- deyə gülümsədi. Bu acı bir həqiqətdi. “Deyirsən yəni bit ömür gözəlliyindən yazdığımız o meşələrdən, o cökəlgıərdən, o vələslərdən bizə çatan quruca bir budaqdır?” Fikrimi təsdiq edərək əsanı əlində oynada-oynada yenicə doğulan misralarını pıçıldayır…Həmişə olduğu kimi, ölkənin və cəmiyyətin problemləri ilə bağlı narahatlıqlarını paylaşır. Söhbətimizin axırında ” bu boyda stajımızı batıra bilmərik” deyib asta- asta mətbəxə keçdi. Bir azdan Musa: “Sən bir bunun adına bax e!”- deyib ” Sevgilim” şərabını masanın üstünə qoydu. Yanında da keçi pendiri… Vəssalam. Hansı görüş və ya hansı restoran bu məclisimizi əvəz edə bilərdi?”

Saytların yığılması Saytlarin yigilmasi

 

Qeyd edək ki, fevralın 17-də Rüstəm İbrahimbəyovun restoranda keçirilən ziyafətdən paylaşdığı fotolar müzakirələrə səbəb olub.

Milli Şuranın fəxri sədri olan R.İbrahimbəyovun ad günündə Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və digərlərinin iştirak etməsi marağa səbəb olub. Məclisdə Milli Şura rəhbərliyindən heç kim iştirak etməyib. 

Xatırladaq ki, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onun barəsində hər hanası cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb Azərbaycana gəlmədiyini bildirmişdi.

5 fevralda 80 yaşı olan R.İbrahimbəyov bir neçə gün verdiyi açıqlamada Bakı üçün çox darıxdığını və buraya gəlmək istədiyini bildirmişdi.

 

Rüstəm İbrahimbəyov Bakıya gəldi
Rüstəm İbrahimbəyov Bakıya gəldi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button