2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İsrail XİN-in nümayəndəsi Bakıda danışıqlar aparıb

İsrail Xarici İşlər Nazirliyinin Qüdsdə siyasət məsələləri üzrə direktoru Aliza Bin Nun Azərbaycan XİN-də və Prezident Administrasiyasında danışıqlar aparıb.

“Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar nazirliklərarası məsləhətləşmələr apardım.

Möhkəm münasibətlərimiz və onların gələcək inkişafı yollarının axtarışı məsələləri ətraflı müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, Yaxın Şərqdə və Qafqazda inkişaf etməkdə olan dinamikaya nəzər saldıq. Səmimi qəbul və faydalı ideya mübadiləsi üçün minnətdaram. 

Dostum, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyovla da mehriban görüşümüz keçirilib. Müzakirələr ikitərəfli və regional məsələləri əhatə edib, Qafqazda və Yaxın Şərqdə cari hadisələrə xüsusi diqqət yetirdik”, deyə İsrail diplomatı X platformasında yazıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button