2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Sahibkarlara hücumun anonsu verildi

Nemət Əliyev: «Vergilər Nazirliyi vergi bazasının genişləndirilməsinə özündən başlayıb, qeyri-qanuni əməllərinə son qoymalıdır»

Iyulun 20-də Bakı Biznes Mərkəzində vergilər naziri Fazil Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri arasında görüşündə vurğulayıb ki, vergilərin toplanmasında böyük ehtiyatlar var və cari ilin sonuna kimi vergi orqanlarında aparılan islahatlar bu vəziyyəti şəffaflaşdırmalıdır.

Bundan başqa nazirin fikrincə, vergi bazasının genişləndirilməsinə, təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycan təcrübəsindən bilirik ki, vergi bazasının genişləndirilməsi, təkmilləşdirilməsi sahibkarın başında çatlayacaq. Və bundan sonra biz sahibkarların üzərinə yeni hücum dalğasını müşahidə etməliyik.

Saytların yığılması Saytlarin yigilmasi

O da bəllidir ki, büdcə hazırda vergi yığımları ilə bağlı ciddi problem yaşayır. Dövlət büdcəsinin gəlirləri kəskin şəkildə azalıb: “Mayda ƏDV üzrə büdcəyə daxilolmalar yanvarın faktiki göstəricisi ilə müqayisədə 33,4% azalıb. Aprel ilə müqayisədə bu göstərici mayda daha 5%-dən çox pisləşib. ƏDV-nin büdcə daxilolmalarında payı 22%-ə yaxındır. Mənfəət vergisi üzrə büdcəyə daxilolmalar ”yanvar daxilolmaları”na nəzərən 29%, “aprel daxilolmaları”na nəzərən 3 dəfə azalıb. Məlumat üçün xatırladaq ki, aprel ayında mənfəət vergisi üzrə büdcəyə daxilolmalar 2 dəfədən çox artmışdı.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, dövlət büdcəsində ciddi problem yaranıb. Müəssisə və təşkilatların əvvəlki fəaliyyətlərini davam etdirə bilmədiklərini deyən N.Əliyev vurğuladı ki, işgüzarlıq əmsəli xeyli dərəcədə aşağı düşüb: “Nəzərə alanda ki, Neft Fondu kimi bir təşkilat büdcə qarşısında öhdəliklərini icra edə bilmir. Büdcə gəlirlərinin aşağı düşən tempinin qarşısını almaq üçün vergi bazasını genişləndirmək lazımdır. Vergi bazasını genişləndirmək isə o deməkdir ki, vergiyə cəlb olunan dövriyyə genişləndirilməlidir. Bu iki halda mümkündür. Ya gərək verginin dərəcələrini böyüdələr, ya da sahibkarlıqla məşğul olanlar fəaliyyətlərini genişləndirməlidirlər. Birinci addımı həyata keçirmək çox çətindir. Çünki indiki vergi dərəcələri ilə baş-başa gəlmək çox çətindir. Indi təsəvvür edin bu vergi dərəcələri artırılarsa, o zaman hansı vəziyyət yaranacaq. Ona görə əlac qalıb ikinci yola vergi dövriyyəsini genişləndirməyə. Bunu etməkdən ötrü qeyri-neft sektorunda fəaliyyət gösətərən sahibkarların üzləşdiyi bütün maneələri aradan qaldırmaq lazımdır. Amma təəssüflər olsun ki, bu istiqamətdə mövcud əngəllərin aradan qaldırılmasının bir istiqaməti də həmin bu Vergilər Nazirliyinin əl-ayağa dolaşan addımlarıdır”.

N.Əliyev vurğuladı ki, vergi müfətişləri heç nəyə baxmadan sahibkarların üzərilərinə yeriyirlər. “Vergilər bazasının böyüdülməsi deyəndə Vergilər Nazirliyi elə özündən başlamalıdır. Özünün qeyri-qanuni əməllərinə son qoymalıdır. Eyni zamanda mühüm maneələrdən biri dövlət Gömrük Komitəsinin sahibkarlığa törətdiyi əngəllərdir. Əksinə istər idxal yönümlü, istərsə də ixrac yönümlü fəaliyyətə təkan vermək gərəkdir. Nə qədər maneə varsa aradan qaldırmaq gərəkdir”.

azadliq.info

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button