Loading...
Loading...
Texnologiya

Samsung flaqman smartfonlarının dəstək müddətini 5 ilə uzadıb

    Samsung şirkəti öz flaqman smartfonlarının proqram təminatlarının dəstək müddətini 5 ilədək uzadıb. Bundan sonra şirkət flaqman smartfonları üçün 4 əməliyyat sistemi yenilənməsini və 5 il ərzində təhlükəsizlik yenilənmələrini təqdim edəcək. Keçən il şirkət öz smartfonları ilə planşetləri üçün proqram təminatının dəstək müddətini 4 ilədək uzatmışdı. Şirkət öz cihazları üçün 3 əməliyyat sistemi yenilənməsini və 4 il ərzində təhlükəsizlik yenilənmələrini təqdim edəcəyini elan etmişdi. Bu yenilənmə müddəti həm flaqman həm də orta büdcəli cihazlar üçün nəzərdə tutulmuşdu.

    İndi isə şirkət flaqman smartfonlarının dəstək müddətini 5 ilədək uzadıb. Bu isə o dməkdir ki, təqdim edilmiş Galaxy S22 smartfonları ilə Galaxy Tab S8 planşetləri Android 16-ya kimi (Android 16 daxil) kimi yenilənəcəklər. Bundan əlavə olaraq 2021-ci ildə təqdim edilmiş Galaxy S21 seriyası (Galaxy S21 FE daxil), Galaxy Z Fold 3Galaxy Z Flip 3 flaqman smartfonlarının da dəstək müddəti 5 ilədək uzadılıb. Galaxy S21 FE modelinin ümumiyyətlə ən son əldə edəcəyi Android versiyası Android 16 olacaq. Belə ki, sözügedən smartfon Samsung-un Android 12 əsasında çalışan ilk smartfon modelidir.

24 saat” “Samsung flaqman smartfonlarının dəstək müddətini 5 ilə uzadıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ay səthində yarı şəffaf şüşə kürələr aşkar edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button