2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Samsung yeni orta büdcəli smartfonu Galaxy F23 5G-ni təqdim edib – QİYMƏTİ

    Samsung şirkəti yeni orta büdcəli smartfon modelini təqdim edib. Söhbət, Galaxy F23 5G-dən gedir. Snapdragon prosessoru ilə yanaşı sözügedən smartfon yüksək həcmli batareya, geniş kamera sistemi və balanslaşdırılmış yaddaş konfiqurasiyasını əldə edib. Bundan əlavə olaraq sözügedən smartfon müxtəlif regionlarda stabil internet bağlantısını təmin edərək həm 4G həm də 5G şəbəkəsində çalışa bilir. Galaxy F23 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2408×1080 piksel keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 750G prosessoru, 4/6 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 8 MP (123 dərəcə əhatə bucağı) + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon özündə həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutuluş NFC çipini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. O, OneUI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy F23 5G-nin satışlarına Hindistanda 16 mart tarixində start veriləcək. 4 GB RAM-a sahib model 227$-a, 6 GB RAM-a sahib model isə 240$-a satılacaq.

24 saat” “Samsung yeni orta büdcəli smartfonu Galaxy F23 5G-ni təqdim edib – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button