Loading...
Loading...
Siyasət

Sergey Lavrov İlham Əliyevlə görüşüb

Bugün, iyunun 23-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana gəlib
Bugün, iyunun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.
AZƏRTAC-ın xəbərinə görə, o, prezident İlham Əliyevlə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, bu ilin əvvəlində iki ölkə arasında Moskvada Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması onların münasibətlərinin yeni mərhələsinə yaxşı start, müsbət ahəng, dinamika verib.
“Bəyannamənin müddəalarının implementasiyası çərçivəsində artıq xeyli iş görülüb. Əminəm ki, sizin səfəriniz çərçivəsində bu istiqamətdə yeni addımlar atılacaq”, deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, onlar görüşdə regionda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə də danışacaqlar.
O, 2 il öncə Azərbaycan, RusiyaErmənistan rəhbərliyi arasında imzalanan bəyannaməyə də toxunub:
“Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq.”

“Bu da son hədd deyil…”
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iki ölkə arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədən danışıb:
“Biz iki prezidentin bu Bəyannaməni icra etmək, onu sektoral şəkildə həyata keçirmək, digər razılaşmaları artıq praktiki səviyyədə reallaşdırmaq barədə tapşırıqlarını yerinə yetirmək əzmindəyik.”
O deyib ki, keçən il iki ölkə arasında əmtəə dövriyyəsi rekord səviyyədə – təqribən 3,5 milyard dollar olub: “Bu da son hədd deyil…”
Bu il fevralın 22-də iki ölkə arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb.
Orada iki ölkənin siyasi, iqtisadi, hərbi və başqa sahələrdə əməkdaşlığından bəhs edilir.
Lavrovun səfəri iki gün davam etməlidir.
O, həmçinin, Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla da görüşməlidir.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Ötən il də trərflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.
Ötən il də trərflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

24 saat” “
Sergey Lavrov İlham Əliyevlə görüşüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Finlandiya Rusiya ilə mümkün müharibəyə hazır olduğunu bildirir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button