2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Seyfulla Mustafayevdən ANS binasının boşaldılması xəbərinə sərt açıqlama

Bu gün ANS televiziyasının fəaliyyətinin dayandırılması ilə əlaqədər olaraq onların yerləşdiyi AMEA-nın Zologiya İnstitunun binasından çıxarılması ilə bağlı məlumat yayılıb.Yayılan məlumatda artıq televiziyanın əmalakının təhvil-təslim edildiyi bildirilib.

Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı ANS Şirkətlər Qrupunun vitse prezidenti Seyfulla Mustafayevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.
“Bu məlumatı kim hansı tapşırıqla yayır bilmirəm.Kanal fəaliyyətini dayandırdığı gündən Respublika Prokrorluğu binanın qapısını bağlayıb.Necə ola bilər ki, bizim əmlakımız binadan çıxarılsın. Bu tamamilə yalan xəbərdi. DİN əməkdaşları və prokrorluq əməkdaşları kanal bağlanan gündən qapıları möhürləyib. Əmlak Komitəsi kimdi ki, qapıları açsın.Digər tərəfdən biz Zologiya İnstitu ilə deyil, Əmlak Komitəsi ilə müqavilə bağlamışıq.Mən Zologiya İnstitunun direktoru ilə də danışdım, o elə açıqlama verməyib.Saytlar yalan yazıb. Hətda səs yazısını da mənə göstərdi. Siz Azərbaycandakı saytlara inanmayın.Yazıblar ki, Mirşahin xərçəngdi. Belə məlumatlar yalandı.”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button