2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

“Seyidlik vəsiqəsi” verən qazidən AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə və qazı münasibət bildirib.

QMİ-dən APA-ya bildirilib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: “Möhürdən də göründüyü kimi bu idarənin yox, qazının möhürüdür”.

İdarədən məsələnin araşdırılacağı bildirilib və əlavə edilib ki, Hacı Mirqiyas Təhməzov Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Hacı Mirqiyas Təhməzov isə APA-ya vəsiqəni özünün verdiyini, bunun üçün peşman olduğunu deyib: “O oğlan Lənkərandandır, üz-üzə gəlsək, tanımaram. O vaxt məni tapıb, seyid nəslindən olduğunu dedi, bunu camaata sübut etmək üçün bir sənəd verməyimi istədi. Mən dedim ki, bunun üçün ona sənəd lazım deyil, seyid nəslindəndirsə, bunu hamı bilməlidir. Fəqir olduğunu, heç kimə bildirmədiklərini dedi. Mən bir neçə şahid gətirəcəyi təqdirdə nəsə fikirləşəcəyimi bildirdim. Dörd şahid gətirdi və mən də onun vəsiqəsinə möhür vurdum”.

Qazı vəsiqədəki 21813 sıra nömrələməsi ilə bağlı isə deyib ki, o, yalnız həmin şəxsin sənədinə möhür vurub: “Vəsiqəni özü hazırlayıb, rəqəmi də özü yazıb. Mən ancaq möhür vurmuşam. Peşmanam və anlayıram ki, düzgün hərəkət etməmişəm. Böyük səhv etmişəm. Heç şəxs mənim qazılıq etdiyim rayonlarda da yaşamır. Özümü işə salmışam”.

Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Qazı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosu yayılması geniş müzakirələrə səbəb olub.

***

Cənub bölgəsində seyidlik vəsiqəsin verən qazi danışdı. Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməyindən danışıb. O, Unikal.org-a bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib:

“Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib.”

Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib: “Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyidir. Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşiman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm.”

Hacı Mirqiyas Elnur adlı şəxsə seyidlik vəsiqəsini verməsinin məqsədini də açıqlayıb:

“İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya, hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button