2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şimali Kipr Prezidenti Azərbaycan xalqına və dövlətinə təşəkkür edib

“Azərbaycanda tarixi günlər yaşayırıq. Azərbaycan xalqına və dövlətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirik”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Bizlər Şərqi Aralıq dənizindəki mühüm geostrateji coğrafiyada yerləşən Şimali Kiprin mədəniyyətini, tarixini qardaş ölkədə tanıtmaq üçün gəlmişik”, – o vurğulayıb.

E.Tatar bildirib ki, Prezident İlham Əliyevlə görüşüb: “Azərbaycan Prezidenti bir daha bizə olan dəstəyini ifadə etdi. “Tək millət, üç dövlət” şüarımızla aramızdakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğuladım. Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə dəstək verməlidir”.

O deyib ki, Şimali Kiprdə Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyir: “44 günlük Vətən müharibəsində kıbrıslı türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button