2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Şimali Koreyadan ardıcıl raketlər!

2023-07-22 14:35:19

Şimali Koreya raket sınaqlarını davam etdirir. Bu gün edilən açıqlamada Şimali Koreyanın Sarı dənizə doğru çoxsaylı qanadlı raketlər atdığı bildirilib. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada raketlərin yerli vaxtla saat 04:00 radələrində atıldığı bildirilib və Cənubi Koreya ordusunun ABŞ qüvvələri ilə əməkdaşlıqda ətraflı təhlil işlərinə davam etdiyi qeyd edilib.

Şimali Koreya sonuncu dəfə ötən çərşənbə günü Yapon dənizinə doğru iki qısa mənzilli ballistik raket buraxıb. Pxenyanın son raket sınaqları ABŞ-ın 42 ildən sonra Cənubi Koreyaya strateji nüvə sualtı qayığı göndərməsinə reaksiya kimi şərh edilib.
Atom sualtı qayığı dünən ölkəni tərk edib

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-ın “The USS Centucky” strateji nüvə sualtı qayığının ötən çərşənbə axşamı Cənubi Koreyanın Busan şəhərinə liman səfəri Şimali Koreyanın sərt reaksiyasına səbəb olub. Şimali Koreyanın müdafiə naziri Kanq Sun-nam verdiyi yazılı açıqlamada ABŞ-ın nüvə sualtı qayıqları və digər strateji varlıqlarının Cənubi Koreyaya yerləşdirilməsinin “Şimali Koreya qanunlarında göstərilən nüvə silahından istifadə şərtlərinə cavab verə biləcəyi” barədə xəbərdarlıq edib. Cənubi Koreya hökuməti isə Pxenyana qarşı mövqe nümayiş etdirərək, mümkün nüvə hücumunun “Şimali Koreya rejiminin sonu demək olduğunu” bəyan edib. Hadisələrin ardınca “The USS Centucky” sualtı qayığı dünən günorta saatlarında Cənubi Koreyadan ayrılıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button