2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Şimali Koreyaya sığınan ABŞ əsgəri deportasiya ediləcək

class=”mediyanet-inline-adv”>

Cənubi Koreyada ABŞ qoşunlarında xidmət edən amerikalı Travis King, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində olan iki ölkə arasında hərbisizləşdirilmiş birgə təhlükəsizlik zonasını əhatə edən tur zamanı iyulun 18-də Şimali Koreyaya sığınıb.
Bir müddət taleyi bilinməyən və daha sonra Şimali Koreya tərəfindən saxlanıldığını açıqlayan Kinqin deportasiya ediləcəyi açıqlanıb. Şimali Koreya rəsmiləri tərəfindən verilən açıqlamada Kinqin sorğusunun tamamlandığını bildirsələr də, ölkəyə qeyri-qanuni yollarla girdiyini etiraf edən Kinqin nə vaxt deportasiya ediləcəyi və hansı ölkəyə göndəriləcəyi ilə bağlı açıqlama verməyiblər.
Cənubi Koreyada yerləşən ABŞ qoşunlarında “müşahidə eksperti” kimi xidmət edən 23 yaşlı Kinq intizam pozuntusuna görə ABŞ-a geri göndərilməzdən əvvəl İnçeon hava limanını tərk etməyi bacarıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində olan iki ölkə arasında silahsızlaşdırılmış müştərək təhlükəsizlik zonasını əhatə edən tura qatılan King, səfər zamanı icazəsiz Şimali Koreya sərhədini keçib.
Şimali Koreya əvvəlcə heç bir məlumatı olmadığını iddia etsə də, avqustun 3-də verdiyi açıqlamada iyulun 18-də icazəsiz Şimali Koreyaya keçən 23 yaşlı amerikalı Travis King-in saxlanıldığını təsdiqləyib.

2023-09-27 17:42:53

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button