2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Simonyan: Ermənistan anklavları Azərbaycana qaytarmağa hazırdır

“Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyıb”.

Toplum TV xəbər verir ki, bunu noyabrın 28-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan mətbuata açıqlamasında bildirib. 

“Biz, son il yarım ərzində bunu bəlkə də səkkiz dəfə bəyan etmişik. Hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır”, – Simonyan qeyd edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Spiker çıxışında həmçinin anklavlar məsələsinə də toxunub. Onun sözlərinə görə, Yerevan anklavları qaytarmağa hazırdır, amma əvəzində Bakı da Başkəndi (Artsvaşen) qaytarmalıdır.

“İstisna etmirəm ki, biz hansısa həll yolu tapacağıq, məsələn, sərhədin bu tərəfində olan burada qalacaq, sərhədin o tərəfində olan da orada qalacaq. Məsələn, Artsvaşen ərazisi Azərbaycanın danışa biləcəyi 2-3 anklavdan xeyli böyükdür”, – Simonyan bildirib. 

Spiker həmçinin iki xalqın təmsilçilərinin bir yerdə yaşaması ehtimalından da danışıb: 

“Vaxt gələcək, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaqlar. Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi adamlar Azərbaycan ərazisində öz evlərinə qayıdacaq, həmçinin bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”. 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button