2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Siyasi fəalın təcridxanada intihar etdiyi bildirilir

Saytların yığılması Saytlarin yigilmasi
Mehman Qələndərov foto sosial şəbəkə
Mehman Qələndərov foto sosial şəbəkə.

Mehman Qələndərovun saxlandığı kamerada meyiti aşkarlanıb

Həbsdə olan siyasi fəal Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında intihar etməsi xəbəri yayılıb. Məlumatı hüquq müdafiəçisi Oqtay Güləliyev öz “Facebook” səhifəsində təsdiqləyib. Onun sözlərinə görə,  Mehman Qələndərov aprelin 28-də saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.

Mehman Qələndərov bloger fəaliyyəti ilə məşğul olub. Keçən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o heykəl önünə gedərək, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra 7 fevral 2017-ci ildə narkotika ittihamı ilə həbs olunub.

Onun adı hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına salınıb.

Həftəsonu olduğundan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button