2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Sloveniyada daşqın: Binaları su basdı

2023-08-04 18:34:39

class=”mediyanet-inline-adv”>

Sloveniya leysan yağışların yaratdığı daşqınlarla mübarizə aparır. Sloveniyanın Ətraf Mühit Agentliyi bu gün ölkənin şimal və qərbində yağan leysan yağışları ilə əlaqədar qırmızı xəbərdarlıq elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Yağışın səbəb olduğu daşqınlar səbəbindən nəqliyyatın hərəkəti çətinləşərkən, 16 min ev işıqsız qalıb. Bəzi yollar və dəmir yolu xətləri bağlanıb. Skofja Loka qəsəbəsində evlərində qapalı qalan insanlar helikopterlərlə təxliyə edilərkən, şəhərin mərkəzində idman zalı da daxil olmaqla 100-dən çox bina su altında qalıb. Daşqın və torpaq sürüşmələrinin daha çox fəsad törətməsi ehtimalı ilə şəhərin mərkəzində yollar bağlanıb.

Most qəsəbəsindəki xilasetmə qrupunun rəisi Roman Kocilija suyun səviyyəsinin 2 metrə çatdığına diqqət çəkərək, “Nəinki 500 ildə, hətta min ildə belə daşqın görmədik” dedi.

Sloveniyanın müdafiə naziri Marjan Sarec ordunun köməyə hazır olduğunu bəyan edərək, hakimiyyətin fövqəladə vəziyyət elan etdiyi və uşaq bağçalarını bağladığı Karnik şəhərində vətəndaşları evdə qalmağa çağırıb.

Mülki Müdafiə və Fəlakətlərə Yardım İdarəsindən verilən açıqlamada 12 saat ərzində ölkə daxilində leysan yağışların səbəb olduğu mindən çox qəzanın qeydə alındığı açıqlanıb.

Sloveniyada yayın əvvəlində yağan güclü yağış damları uçurub, minlərlə ağacı kökündən çıxarıb və bir nəfərin ölümünə səbəb olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button