Stiv Bannon: Orta Şərqdə Yeni Nizamın Lideri Erdoğandır
ABŞ prezidenti Donald Trampın keçmiş baş müşaviri Stiv Bannon, sosial media üzərindən canlı yayımlanan “War Room” adlı proqramında diqqətçəkən açıqlamalar verib. Bannon, regionda
Türkiyənin artan təsirini vurğulayaraq, Qəzzada yeni təhlükəsizlik tənzimləmələrinin mərkəzində Ankaranın yer alacağını qeyd edib.
Türkiyə Regiondakı Ağırlığını Bərpa Edir
Stiv Bannon qeyd edib ki,
Türkiyə bölgədəki nüfuzunu yenidən bərqərar edir. O, "Osmanlı geri döndü.
Erdoğan Qəzzada təhlükəsizlik qüvvəsinin başında olacaq" deyə vurğulayıb. Bannonun sözlərinə görə,
Orta Şərqdə qüvvələr nisbəti kökündən dəyişib və yüz il əvvəl ləğv edilməsinə çalışılan nizam iki ay ərzində alt-üst edilib.
Yeni Orta Şərq Tərtibatı və Erdoğanın Liderliyi
ABŞ rəhbərliyinin
Türkiyə və Qətərlə birbaşa təmasda olduğunu bildirən Bannon, "Sahədə təhlükəsizliyə
Türkiyə cavabdeh olacaq. Qətər maliyyəni təmin edəcək, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı isə əsgər göndərəcək" deyə açıqlama verib. Bannonun sözlərinə görə, əgər bu gün bir “yeni
Orta Şərq nizamından” söhbət gedirsə, bu nizamın lideri məhz
Erdoğandır.
Netanyahu Layihəsinin Çöküşü və Erdoğanın Hərəkətləri
Netanyahunun “Böyük İsrail” layihəsinin sona çatdığını bildirən Bannon, "Bu layihə Netanyahunun üzünə partladı. İndi bölgə
Erdoğanın atdığı addımlara uyğun olaraq formalaşır" ifadələrini işlədib. O, İsrail tərəfdarı dairələrə səslənərək, "Siz bu siyasətləri dəstəklədiniz, indi qarşınızda yeni bir güc balansı var:
Türkiyənin öncüllüyü ilə yenidən qurulan
Orta Şərq" deyə bildirib.
Türkiyə Böləgə Təhlükəsizliyinin Zaminidir
Ağ Evdə işləyərkən
Orta Şərq siyasətinin memarlarından biri olan Bannon,
Erdoğanın diplomatik və hərbi strategiyasının bölgəni yenidən müəyyənləşdirdiyini qeyd edib. "Erdoğan artıq sadəcə
Türkiyənin deyil, bölgədəki təhlükəsizliyin də zaminidir" deyən Bannon, ABŞ-ın bu prosesdə Ankara ilə yaxın təmasda olduğunu vurğulayıb.
Bannon çıxışında
Türkiyənin tarixi təsirinə də toxunaraq, "Osmanlı emin addımlarla irəliləyirdi.
Erdoğan da eyni səbirlə irəliləyir. Yüz il əvvəl ingilislər Osmanlıyı Qüdsdən, Dəməşqdən, Fələstindən çıxarmışdılar. İndi isə tablo tərsinə çevrilib" deyə bəyan edib. O,
Türkiyənin yenidən regional gücə çevrildiyini vurğulayaraq, "Türklər uzun müddət səhnədən silinmişdi, lakin indi yenidən baş roldadırlar" ifadələrini işlədib.
Yeni Güc Balansı və Üçlü Nizam
ABŞ-lı siyasətçi bölgədə yaranan yeni güc balansına diqqət çəkərək, "Artıq üçlü bir nizam qurulur: Müsəlmanların dövləti, Xristian Qüds və Türk təhlükəsizlik qurşağı. Bu tablo, gələcək 30 ili formalaşdıracaq" deyə qeyd edib. Bannonun açıqlamaları Vaşinqtonda geniş əks-səda doğurarkən, bölgə mətbuatında da geniş yer alıb. Ekspertlər, Bannonun ifadələrini "
Türkiyənin
Orta Şərqdə yenidən mərkəzi ölkə mövqeyinə yüksəldiyinin etirafı" kimi şərh ediblər.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz