Loading...
Loading...
ÖLKƏGündəm

Sosial müavinətlər artırılıb

Sosial müavinətlərin məbləği artırılıb. Bununla bağlı bu gün, dekabrın 20-də Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədlə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” özünün 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanının 1-ci hissəsində bəzi dəyişikliklər edilib.

Fərmanla müavinətlər bəndlər üzrə 9 faizdən 50 faizə qədər artırılıb.

Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Başqa artımlar da var

Prezident habelə “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” özünün 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanının 1-ci hissəsində də dəyişiklik edib. Bununla bağlı məbləğ 50-dən 80-ə qaldırılıb.

Eyni zamanda, “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanda da dəyişiklik edilərək məbləğ 55 manatdan 70-ə çatdırılıb.

Bu fərmanlar da 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button