2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şoyqu Putinə 'LNR-nin azad edilməsi haqqında' məruzə edib

“İnterfaks” agentliyi xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə “Luqansk Xalq Respublikasının” (Ukrayna ərazisində Rusiyanın dəstəklədiyi separatçı bölgə) azad edilməsi” ilə bağlı hesabat verib.

Saytların yığılması Saytlarin yigilmasi

O, həmçinin Putinə Lisiçansk şəhəri üzərində tam nəzarətin ələ keçirildiyi barədə də məlumat verib.

Hələki bu məlumatı Ukrayna tərəfi və müstəqil mənbələr təsdiqləməyib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button