2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Şoyqunun özü elan edib: İyunun 4-dən bəri 26 mindən çox Ukrayna əsgəri həlak olub

2023-07-12 16:00:27

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Tatarıstan Respublikasında müdafiə sənayesi müəssisələrini yoxlayıb. Modernləşdirilmiş Mi-24 tipli hərbi helikopterlərlə yanaşı zirehli döyüş maşınlarını da yoxlayan Şoyqu Ukraynadakı vəziyyətlə bağlı açıqlamalar verib.

Ukraynanın ötən ay əks-hücumlara başladığını, lakin bu hücumların dəf edildiyini bildirən Şoyqu, Ukraynanın hücumlara başladığı 4 iyundan bu yana 26 min əsgər itirdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ukraynanın da 3 mindən çox hərbi texnika itirdiyini açıqlayan Şoyqu, “Ukraynaya aid 21 təyyarə, 5 helikopter, 1244 tank və zirehli texnika məhv edilib” dedi. Sergey Şoyqu həmçinin bildirib ki, Ukraynaya məxsus 914 xüsusi hərbi texnika, 2 hava hücumundan müdafiə sistemi, 25 reaktiv yaylım atəş sistemi, 176 HIMARS raketi, 27 “Storm Shadow” raketi və 483 pilotsuz uçuş aparatı məhv edilib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button