Siyasət
Söyüdlüdəki vəziyyətin araşdırılması üçün Komissiya üzvləri əraziyə bir daha səfər edəcəklər
![Söyüdlüdəki vəziyyətin araşdırılması üçün Komissiya üzvləri əraziyə bir daha səfər edəcəklər](https://www.az24saat.org/wp-content/uploads/2023/07/Soyudludəki-vəziyyətin-arasdirilmasi-ucun-Komissiya-uzvləri-əraziyə-bir-daha-səfər-780x452.jpg)
Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib.
“Report” xəbər verir ki, Ə.Əsədov bu barədə Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında bildirib.
Baş nazir, həmçinin kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Mənbə:Report