2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib

SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bu barədə noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilib və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunub.

“Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur”, – dövlət başçısı vurğulayıb.

Daha sonra SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.

XXX

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi

Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (bundan sonra SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşünü keçirərək,

SPECA-nın yaradılması haqqında 1998-ci il 26 mart tarixli Daşkənd Bəyannaməsində yer almış məqsəd və prinsipləri xatırladaraq,

SPECA-nın əsasının qoyulmasının 25-ci ildönümünü və SPECA iştirakçı dövlətlərinin öz müstəqilliklərinin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətlərində əsas prioritet sahələrə münasibətdə əldə etdikləri mühüm nailiyyətləri qeyd edərək,

SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirmək və inkişaf etdirmək üzrə möhkəm qətiyyətlərini bir daha təsdiq edərək,

SPECA regionunda mövcud olan, istifadə edilməmiş böyük iqtisadi inkişaf potensialını, zəngin təbii ehtiyatları və regional əməkdaşlığı inkişaf etdirmək, həmçinin SPECA regionunun Avropa və Asiya bazarları ilə gələcək əməkdaşlığı üçün bu imkanlardan birgə istifadə üzrə güclü siyasi iradəni nəzərə alaraq,

2023-cü il aprelin 17-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş SPECA iştirakçı ölkələrinin nazirlərinin görüşünün Azərbaycanın 2023-cü ildə sədrliyi haqqında Birgə Bəyanatında əksini tapmış “SPECA regionunun qlobal əhatəli birləşdirmə mərkəzinə çevrilməsi” mövzusunu və indiyədək aparılan növbəti işləri təqdir edərək,

Azərbaycanın 2023-cü ildə SPECA-da sədrliyi ilə Proqramın daha səmərəli, Mərkəzi Asiyada və onun hüdudlarından kənarda kollektiv səylərə, maraqlara və iştirakçı dövlətlərin məsuliyyətinə əsaslanan həqiqi regional platformaya çevrilməsi üzrə və BMT-nin müvafiq regional komissiyaları tərəfindən dəstəklənən ardıcıl və fəal səylərini yüksək qiymətləndirərək,

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və onların müvafiq İcraiyyə katibliklərinin Proqramın yaradıldığı vaxtdan SPECA-nın iştirakçı ölkələrinə göstərdikləri dəstəyə görə səmimi təşəkkür ifadə edərək,

Razılığa gəlirik:

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button