2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

'Star Wars Jedi: Fallen Order'in davamı: 'Star Wars Jedi: Survivor' oyunu anons edilib – VİDEO

    Electronic Arts şirkəti Star Wars Celebration festivalı çərçivəsində 2019-cu ildə satışa çıxmış “Star Wars Jedi: Fallen Order” oyununun davamını anons edib. Star Wars dünyasında cərəyan edəcək yeni oyun “Star Wars Jedi: Survivor” adını əldə edib. Şirkətin verdiyi məlumata əsasən sözügedən yeni oyun 2023-cü ildə Xbox Series X, Series S, Playstation 5 konsolları və PC üçün satışa çıxacaq. Qeyd etmək lazımdır ki, yeni oyun üzərində Respawn studiyası çalışır. Birinci oyunu da məhz Respawn hazırlamışdı. Bundan əlavə olaraq sözügedən studiya “Titanfall” oyun seriyası ilə məşhurdur.

Saytların yığılması Saytlarin yigilmasi

    Vaxtı ikən “Star Wars Jedi: Fallen Order” yeni konsollar ilə yanaşı həmçinin Xbox One Playstation 4 üçün də satışa çıxmışdı. Lakin bu dəfə studiya öz əsas diqqətini yalnız yeni oyun konsollarına ayırıb. Məlumatda qeyd edilib ki, yeni nəsil oyun konsollarına köklənmək öz növbəsində daha dərin Star Wars təcrübəsini yaşatmağa imkan verəcək. Studiya onu da qeyd edib ki, “Star Wars Jedi: Survivor” oyununda hadisələr ilk oyundakı hadisələrdən 5 il sonra cərəyan edəcəklər. Oyunçular birinci oyunda olduğu kimi Cal Kestis adlı jedi rolunda çıxış edəcəklər. “Star Wars Jedi: Survivor” barəsində daha çox məlumat bu ilin sonunda təqdim ediləcək.

24 saat” “'Star Wars Jedi: Fallen Order'in davamı: 'Star Wars Jedi: Survivor' oyunu anons edilib – VİDEO” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button