2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Sui-qəsd nəzəriyyələrinin əsası nədir: Priqojin ölməyibmi?

2023-08-31 06:41:08

class=”mediyanet-inline-adv”>

Priqojinin ölümü dağıntı sahəsindən götürülmüş DNT ilə təsdiqlənib. Vaqner qrupu hətta ölən komandirləri üçün dəfn mərasimi keçirdi. Lakin bu, Rusiya hakimiyyətinə qarşı üsyan bayrağını qaldırdıqdan düz iki ay sonra dünyasını dəyişən Priqojinin başına gələnlərlə bağlı sui-qəsd nəzəriyyələrinin qarşısını almaq üçün kifayət etmədi. Sosial media saytlarında diqqət çəkən iddialar aşağıdakılardır:

Saytların yığılması Saytlarin yigilmasi

– Qəza anından bəri müzakirə olunan birinci ehtimal Priqojinin elə həmin gün Moskvaya enən ikinci təyyarədə olmasıdır. Müvafiq olaraq, təhlükəni hiss edən Priqojin aviasiya idarəsinə qəzaya uğrayan təyyarədə olduğunu, lakin gizli şəkildə ikinci reaktivlə səyahət etdiyini bildirdi.

– İkinci ssenari odur ki, təyyarəni Vaqner özü vurub. Beləliklə, Priqojin bütün dünyanı, o cümlədən Rusiya lideri Putini onun öldüyünə inandırıb və təhlükəsiz yerə qaçıb.

class=”mediyanet-inline-adv”>

– Salona yerləşdirilən bomba partlayanda qəzaya uğradığı güman edilən təyyarədə olan Priqojin yox, onun dublyor olduğunu deyənlər də var. Priqojin səyahətləri zamanı bir neçə dublyordan istifadə edib. 2019-cu ildə Rusiya mətbuatı Priqojinin Konqo Demokratik Respublikasında təyyarə qəzasında öldüyünü, Vaqner liderinin isə aylar sonra ortaya çıxdığını yazmışdı. Bu hadisə sui-qəsd nəzəriyyələrinin əsasını təşkil edir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button