Suriya və İraqın abadlaşması neçə il və nə qədər vəsait aparacaq? – BMT açıqladı - 24 saat xəbərlər
Now Reading:
Suriya və İraqın abadlaşması neçə il və nə qədər vəsait aparacaq? – BMT açıqladı

Suriya və İraqın abadlaşması neçə il və nə qədər vəsait aparacaq? – BMT açıqladı

İŞİD-dən azad ediləndən sonra Suriya və İraqın minalardan təmizlənərək abadlaşması 50 ilə yaxın vaxt aparacaq.

Bunu BMT-nin Minalardan təmizləmə agentliyinin direktoru Aqnes Markayyu “Associated Press”ə açıqlamasında deyib.

“Bu ölkələrdə işimiz onillərlə davam edəcək. Təkcə İraq ərazisinin minalardan təmizlənməsi üçün hər il 180 milyon dollara yaxın vəsait lazım olacaq. Mosul üçün isə illik 50 milyon dollar lazımdır”, – deyə Markayyu bildirib.

O əlavə edib ki, Suriya və İraqda təhlükəsizliyi bərpa etmək üçün böyük pullarla yanaşı, canlı qüvvəyə də ehtiyac var.

 

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.