Loading...
Loading...
ÖLKƏGündəm

Şuşa və Ağdama biletlərin qiymətləri açıqlanıb

Yanvarın 24-dən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Hava Limanı-Şuşa, Bərdə-Ağdam müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən “Turan”a təsdiqləyiblər.

Bildirilib ki, COVID pasportu olan hər bir vətəndaş bu imkandan istifadə edə biləcək. Bilet alışı onlayn qaydada da mümkün olacaq.

Əhmədbəyli-Şuşa istiqamətində səfərlər həftədə dörd dəfə, digər istiqamətlər üzrə həftədə iki dəfə həyata keçiriləcək.

Bakı-Şuşa üzrə biletin qiyməti 10 manat, Bakı-Ağdam – 9.40 manat, Əhmədbəyli-Şuşa – 7 manat, Bərdə-Ağdam – 5 manat, Füzuli Hava Limanı-Şuşa üzrə isə 6 manat olacaq.

Avtobuslar saat 06:30-da Bakı Avtovağzalından çıxacaq.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun