“Şuşanın adı istər bayrağın, istərsə də içkinin üstündə olsun, fərq etməz”
Bayram Səfərov: “Əsas odur ki, bu ad yaşasın”
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram SəfərovModerator.az-a açıqlamasında ölkə marketlərində bir şüşəsinin qiyməti 11 manata satılan “Şuşa” konyakına münasibət bildirib.
B.Səfərovun sözlərinə görə, önəmli olan Şuşa adının yaşadılmasıdır və o, bu adın istənilən vasitə ilə istənilən şəkildə yaşadılmasını məqbul hesab edir:
“Şuşanın adının dünyanın hər yerində çəkilməsinin tərəfdarıyam. Istəyir futbol topunun üstündə olsun, istəyir bayrağın üstündə olsun, istəyirsə də içki şüşəsinin üstündə olsun. Əsas odur ki, Şuşa adı yaşasın. Amma onu kim istehsal edir, kim alır, kim satır, o artıq mənlik deyil. Mən istəyərəm ki, bütün divarlarda, plakatlarda, maşınlarda, hər yerdə, eləcə də Avropada, Amerikada Şuşanın adı yazılsın, bu ad həmişə yaşasın. Bilinsin ki, Azərbaycanın Şuşa adlı şəhəri var və bu şuşalılar üçünüdür”.
Seymur Əliyev