Xəbərlər

Təhlükəsizlik Şurasının katibi: “Bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə…”

Loading...

Bakı/26.10.21 Bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. Bu barədə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov  Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Mərkəzində  “Milli təhlükəsizlik” kursunun açılışı mərasimində bildirib. Tədbir Azərbaycan Təhlükəsizlik Şurası katibinin xidməti tərəfindən təşkil edilib.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, oktyabrın 29-dək davam edəcək kurs Azərbaycanın 32 dövlət qurumunun 54 nümayəndəsinin mühazirələrlə çıxışlarını, milli təhlükəsizliyin müxtəlif aspektləri üzrə praktiki məşğələləri və panel müzakirələri nəzərdə tutur.

Kursların açılışında Azərbaycanın müvafiq dövlət qurumlarının rəhbərləri və Türkiyə Milli Təhlükəsizlik Şurası baş katibinin nümayəndəsi iştirak ediblər.-05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button