2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Tərtər işi”ndə işgəncələrdə ittiham olunan daha bir qrup şəxs mühakimə olunub

Bakı/28.12.23/Turan: Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə “Tərtər işi”nin keçmiş fiqurantlarına qarşı işgəncələrdə ittiham olunan bir qrup şəxs barəsində hökm oxunub.

 Məhkəmə keçmiş korpus qərargahı rəisi, general-mayor Bəkir Orucovu 9,5 il müddətinə azadlıqdan məhrum edib. Ülvi Rəşidov və Ziya Kazımov da 9,5 il müddətinə həbs edilib, İntiqam Məmmədov və Rahib Məmmədov isə 6,5 il həbs cəzası alıb.

Rəşidov və Kazımov istintaq dövründə azadlıqda olub və məhkəmə zalında həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Adı çəkilən şəxslərə qarşı Azərbaycan CM-in 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Daha əvvəl 4 keçmiş hərbiçi bənzər ittihamlarla 5,5 ildən 9,5 ilədək həbs cəzasına məhkum edilib.

* 2017-ci ilin may-iyul aylarında Tərtərdə və digər rayonlarda yerləşən hərbi hissələrdə ən az 450 nəfər – hərbiçi və mülki şəxs saxlanılıb və qeyri-insani rəftara və işgəncələrə məruz qoyulub. İşgəncələr nəticəsində 10 nəfər hərbiçi həlak olub. Saxlanılan şəxslərin əksəriyyəti Azərbaycan CM-in 234.1 (qanunsuz narkotik dövriyyəsi), bəziləri 228.1-ci (qanunsuz silah dövriyyəsi) ittihamı ilə məsuliyyətə cəlb edilib və uzunmüddətli həbs cəzasına məhkum edilib.

30-a yaxın şəxs “dövlətə xəyanət” ittihamı ilə uzunmüddətli həbs cəzalarına məhkum edilib.

İşgəncə faktları ictimailəşdirildikdən sonra Baş Prokurorluq 2021-ci ildə istintaqı bərpa edib. Nəticədə, ötən ilin sonlarında “dövlətə xəyanətdə” ittiham olunan 20 nəfərə bəraət verilib. Eyni zamanda, dövlətə xəyanət ittihamı ilə deyil, CM-in digər maddələri ilə həbs edilən 16 nəfərə bəraət verilib. 13 nəfərə isə daha əvvəl, 2018-ci ildə Hərbi Prokurorluğun qərarı ilə bəraət verilmişdi.

Lakin “Tərtər işi”nin 10 fiqurantı hələ də həbsdədir və onların qohumları və hüquq müdafiəçiləri işə yenidən baxılmasına və həbs edilən şəxslərin azad edilməsinə nail olmağa çalışır.

Müstəqil ekspertlər hesab edirlər ki, hərbiçilərin və mülki şəxslərin “dövlətə xəyanət” və xüsusən “ermənilərə xidmət etmə” ittihamı ilə kütləvi həbsi bəzi yüksək vəzifəli generalları tərəfindən 2016-cı ildə Qarabağda aprel döyüşləri zamanı döyüş tapşırıqlarını yerinə yetirməmələrinə bəraət qazandırmaq üçün başlanıb.

“Tərtər işi”nin qurbanları hesab edirlər ki, hələ repressiyalara görə məsul olan bütün generallar məsuliyyətə cəlb edilməyib. 16D06

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button