2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Tarixdə ikinci dəfə 2 super kütləli qara dəlikdən ibarət sistem aşkar edilib

    Perdyu Unversitetinin alimləri digər qurumlardan olan həmkarları ilə birlikdə super kütləli qara dəliklərdən ibarət ikili sistemi aşkar ediblər. Yəni aşkar edilmiş sistem daxilində 2 ədəd super kütləli qara dəlik mövcuddur. Bu, tarix ərzində aşkar edilmiş ikinci belə bir sistemdir. Maraqlısı ondadır ki, aşkar edilmiş qara dəliklər artıq çox təhlükəli yaxın məsafədə bir-biriləri ətrafında dövr edirlər. Kosmik standartlar üzrə həmin qara dəliklərin məhv olmalarına çox az zaman qalıb. Söhbət, 10.000 ildən gedir.

Saytların yığılması Saytlarin yigilmasi

    Super kütləli iki qara dəlik birləşərək super meqamassiv kütləli qara dəliyə çevrilən zaman gələcək nəsillər möhtəşəm qravitasiya hadisənin şahidi olacaqlar. Alimlər super kütləli iki qara dəliyi radiomüşahidələr və qara dəliklərdən biri ilə bağlı olan fakt sayəsində aşkar ediblər. Fakt isə ondan ibarətdir ki, qara dəliklərdən biri bizim istiqamətə fırlanma oxu boyunca plazma və qaz ifraz edir. Əldə edilmiş məlumatlar və aparılmış riyazi modelləşdirilmələr onu göstərib ki, hər şey 2 ədəd super kütləli qara dəlikdən ibarət sistemə işarə edir.

    Aşkar edilmiş qara dliklərdən hər biri 100 milyon Günəş kütləsinə sahibdir. Aparılmış hesablamalara əsasən bu iki kosmik obyekt arasındakı məsafə 200 astronomik vahid (0.0031625 işıq ili) təşkil edir. Aşkar edilmiş bu sistemdəki qara dəliklər hətta ilk aşkar edilmiş bu cür sistemdəki qara dəliklər ilə müqayisədə bir-birilərinə 10 dəfə daha çox yaxındırlar. Bu proses çərçivəsində qara dəliklər spiral istiqamət üzrə bir-birilərinə yaxınlaşırlar və təqribi olaraq 10.000 ildən sonra onlar tam birləşərək super meqamassiv kütləli vahid qara dəlik əmələ gətirəcəklər.

24 saat” “Tarixdə ikinci dəfə 2 super kütləli qara dəlikdən ibarət sistem aşkar edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button