2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tbilisidə “xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyaları davam edir

Aprelin 15-də axşam Tbilisidə etiraz aksiyasının 14 iştirakçısı saxlanılıb, bu barədə Gürcüstan DİN bildirib.

Parlament binasının qarşısında etiraz aksiyası səhər, parlamentin hüquqi komitəsi “xarici agentlər haqqında” qanun layihəsini nəzərdən keçirərkən başlayıb. Saat 22:00 radələrində komitə qanun layihəsini qəbul edib.

On minlərlə aksiya iştirakçısı bu “Rusiya” qanununu qəbul etməməyi tələb edirdilər və dağılmaqdan imtina edirdilər. Aksiyanın təşəbbüskarı QHT və vətəndaş cəmiyyəti nümayəndələri idi. Bu gün parlamentin plenar iclası başladığı zaman onlar yenə toplaşacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən il martda kütləvi etirazlar fonunda bu qanun layihəsi geri çəkilmişdi. Həmin vaxt hakimiyyət “xarici donorların Gürcüstanda radikal qruplara və partiyalara ayrılan gizli maliyyə vəsaitini artırdığını” bildirmişdi.

Aparıcı müxalifət partiyaları və nüfuzlu QHT-lər iddia edirlər ki, “xarici agentlər haqqında” qanun Gürcüstanın dostlarını və düşmənlərini bir cərgəyə qoyur, QHT-ləri etiketləyir və ölkənin Aİ-yə inteqrasiyasına mane olur.

Avropa İttifaqı, o cümlədən Aİ-nin ayrı-ayrı ölkələri, ABŞ, BMT, NATO və Avropa Şurası Gürcüstan hakimiyyətini bu qanun layihəsindən imtina etməyə çağırıb.

Ölkə prezidenti Salome Zurabişvili qanun qəbul edilsə ona veto qoyacağını bildirib.

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button