2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Tehranda 3+3 formatında görüş keçiriləcək

class=”mediyanet-inline-adv”>

Görüşdə Cənubi Qafqaz regionunun problemləri, Azərbaycan və Ermənistan arasında sülh danışıqları, siyasi, iqtisadi, təhlükəsizlik, tranzit və enerji sahələrində regional əməkdaşlığın genişləndirilməsinin zəruriliyi müzakirə olunacaq. Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatı çərçivəsində görüşün keçirilməsinə razılıq verdiyini bəyan edib. 3+3 formatı region ölkələrinin iştirakı ilə regional problemlərin həlli üçün yaradılıb. 3+3 formatında ilk görüş ötən il Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində və Gürcüstanın iştirakı olmadan keçirilib. 3+3 görüşünə ev sahibliyi etməsinin İbrahim Rəisi rəhbərliyinin qonşularla dostluq əlaqələrini genişləndirmək və regional problemləri kənar müdaxilə olmadan həll etmək üçün mühüm addım olacağı gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

2023-10-23 05:50:06

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button