Gündəm
Tereza Mey Brexit müzakirələrinin çətin keçəcəyini etiraf edib
İngiltərənin Baş naziri Tereza Mey alman qəzeti “Frankfurter Allgemeine Zeitung”da haqqında yayımlanan xəbəri təkzib edib. O, AB Komissiyasının sədri Jean-Claude Junckerin onun haqqında “başqa qalaktikada yaşadığı” söylədiyi iddiasını “Brüssel dedi-qodusu” adlandırıb.
Juncker ilə keçən həftə Londondakı Baş nazirlik ofisində bir araya gəldiyini deyən Mey, bunun həm özü, həm də Juncker tərəfindən səmərəli görüş sayıldığını bildirib.
Qəzetin xəbəri ilə bağlı baş nazir: “Məncə, bunlar Brüssel dedi-qoduları, ancaq bu Brexit müzakirələrinin çətin keçəcəyini də göstərir. İngiltərə üçün ən yaxşı müqavilə təmin etmək, güclü və sabit bir liderliklə mümkün olacaq” deyə vurğulayıb.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info