2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Terror qanunvericiliyinə dəyişiklik edilir

Ölkə parlamenti terrorla bağlı qanunlara dəyişiklik etməyə hazırlaşır. Bu gün, iyunun 5-i Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclasında həmin dəyişikliklər müzakirə edilib.

Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Toplantıda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov dəyişikliklər barədə bilgi verib. Onun sözlərinə görə, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi planlaşdırılır.

Qanunun 1-ci maddəsinə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir. Onların izahı daha dolğun şəkildə verilir.

14-cü maddədə isə qeyd edilir ki, terrorçuluqla mübarizədə iştirak edən şəxs əməliyyatlar zamanı həlak olduqda, xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona, onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əməkhaqqının (təqribən 500 manat – A.R) müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir. Bu maddəyə təklif olunan dəyişikliyə görə, isə həmin müavinət nağdsız qaydada ödəniləcək ki, bu da “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Dəyişikliklər terrorizmlə mübarizə sahəsində müəyyən olunmuş beynəlxalq standartlarla izah edilir.

Birgə toplantıda iştirak edən deputatlar dəyişiklikləri dəstəkləyiblər. Layihə plenar iclasa çıxarılacaq.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button