2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Tesla” insanabənzər robot istehsal edəcək

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti robot istehsal etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, “Tesla”nın “AI Day” (“Süni İntellekt Günü”) tədbirində iştirak edən şirkətin CEO-su İlon Mask yaxın müddətdə insanabənzər robot istehsal edəcəklərini açıqlayıb. O, “Tesla Bot” adlandırılacaq bu robotun insanlar tərəfindən icrasının təhlükəli, monoton və ya darıxdırıcı olduğu işlərdə istifadə ediləcəyini də bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Mask işçi qüvvəsi çatışmazlığına diqqət çəkərək sözügedən robotun iqtisadiyyat üçün əsaslı təsirlərinin olacağını söyləyib. Avtomobillərə bolt vurmaqdan marketlərdə ərzaq alış-verişi etməyə qədər bir çox müxtəlif işin öhdəsindən gəlməyə qadir olacaq bu robotun “ultra baha” olmasının da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, “Tesla Bot”un gələn il ictimaiyyətə təqdim edilməsi gözlənilir.

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button