2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

TikTok-a daha bir qadağa

class=”mediyanet-inline-adv”>

Nepal da Çin sosial media platforması TikTok-u qadağan edən ölkələrə qoşulub. Nepal hökuməti məşhur sosial media tətbiqi TikTok-un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək qadağan etmək qərarına gəlib. Rabitə və İnformasiya Texnologiyaları Naziri Rekha Sharma, platformanın etiraz doğuran məzmun yaydığını söylədi və qadağanın dərhal qüvvəyə minəcəyini və səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verildiyini bildirdi.

Xarici işlər naziri Narayan Prakash Saud, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, hökumətin sosial media platformaları olan şirkətlərdən Nepalda qeydiyyatdan keçmələrini və əlaqə ofisi açmasını, vergi ödəmələrini və ölkənin qanun və qaydalarına əməl etmələrini xahiş etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

QADAĞAN ÖLKƏLƏR

Bu il bəzi ölkələr TikTok-un istifadəçi məlumatlarını dünya üzrə Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən tətbiqi qadağan etdi. Kanada fevral ayında, Belçika, Norveç, İngiltərə və Yeni Zelandiya mart ayında isə TikTok-un dövlət telefonlarında və elektron cihazlarda istifadəsini qadağan edib.

İsveç Müdafiə Nazirliyi həmçinin təhlükəsizlik baxımından şəxsi heyətin iş telefonlarında TikTok tətbiqindən istifadəsinin qadağan edildiyini açıqlayıb. Aprel ayında Avstraliya TikTok tətbiqinin federal hökumətə məxsus cihazlarda istifadəsini qadağan etdi.

May ayında ABŞ-ın Montana ştatı TikTok tətbiqindən istifadəni qadağan edərək ölkədə TikTok-u qadağan edən ilk ştat oldu.

2023-11-14 14:23:55

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button