2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tillerson Ankarada nələri müzakirə etdi?

Tillerson və Ərdoğan

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ dövlət katibi Reks Tillerson Ankaraya birgünlük səfəri zamanı martın 30-da prezident Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırımla ayrıca danışıqlar aparıb.

Tillersonla Ərdoğan Suriyada İŞİD və digər silahlı qruplara qarşı birgə addımları müzakirə ediblər. Bu barədə “Reuters” agentliyi Ərdoğanın ofisinə istinadla məlumat yayıb.

Baş nazir Binali Yıldırmla görüşdə də Suriya müharibəsi, İŞİD-in Suriya və İraqdan təmizlənməsinə yönəlmiş səylər müzakirə edilib.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, tərəflər həmçinin regionda təhlükəsizliyin və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Tillerson qeyd edib ki, Türkiyə regional lider və NATO-nun əzli müttəfiqi kimi bu məqsədlərə çatılmasında mühüm rol oynayır.

Binəli Yıldırım və Reks Tillerson

Ankara Vaşinqtondan Suriyanın Raqqa şəhərinin İŞİD-dən geri alınmasında birgə mübarizəyə başlanmasını istəyir. Bu şəhər Suriyada yaraqlıların sonuncu əsas dayanq məntəqəsi hesab olunur. Türkiyə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin bu əməliyyatdan kənarda qalmasını da istəyir.

Görüşdə Ankaranın hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin verilməsi barədə də məsələ qaldıracağı gözlənilirdi.

Bundan başqa, Türkiyənin xarici işlər naziri Mevlut Çavusoglu bir gün əvvəl bildirmişdi ki, Ankara Tillersonun səfəri zamanı “Halkbank”-ın sədr müavini Mehmet Hakan Atillanın bu günlərdə Nyu-Yorkda həbsi barədə də məsələ qaldırmaq fikrindədir (azadliq.org).

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button