Gündəm
Tramp Quantanamo ilə bağlı yeni qərar verdi
ABŞ prezidenti Donald Tramp Quantanamo həbsxanasındakı məhkumların başqa yerə köçürülməsini qadağan edən qanun imzalayıb.
Qanuna əsasən, adıçəkilən həbsxanada cəza çəkən məhkumlar nə Birləşmiş Ştatlar daxilindəki, nə də başqa ölkələrdəki türmələrə köçürülə bilər.
Ağ Evin yaydığı xəbərdə qeyd olunur ki, ABŞ prezidenti Quantanamo həbsxanasının qapadılması ideyasına həmişə qarşı olub. Üstəlik hesab edir ki, məhkumların oradan köçürülməsi ABŞ-ın təhlükəsizliynə böyük təhdiddir.
Son rəqəmlərə görə, hazırda Quantanamoda 41 məhkum saxlanılır.
Gültəkin
24saat.org
Mənbə – azadliq.info