Now Reading:
Trampdan Gürcüstana böyük dəstək

Trampdan Gürcüstana böyük dəstək

 

“Ağ Evdə Georgi Kvirikaşvilini salamlamaqla böyük şərəf duydum”. Bu sözləri ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Ağ Evdə ABŞ  prezidenti Donald Trampla görüşüb. Trampla görüşdən sonra baş nazir jurnalistlərə bildirib ki, Gürcüstan tərəfinə aydın dəstək ifadə olundu.

“Bizim Mayk Pensla uzun görüşümüz oldu. Məlum olduğu kimi, iki ölkə arasında münasibətlərin 25 illiyini qeyd edirik və qarşıdakı 25 il barədə də danışdıq. ABŞ-la bütün istiqamətlərdə tərəfdaşlıqla bağlı zəmanət aldıq. Bütün istiqamətlərdə  münasibətlərdən danışdıq. Düşünürəm ki, bu çox vacib görüşdü”, – deyə baş nazir bildirib.

Gürcüstanın baş naziri ABŞ-ın vitse-prezidenti Mayk Penzin dəvəti ilə bu ölkəyə üç günlük səfər edib.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.