Loading...
Loading...
Xəbərlər

Turk BMT-nin insan haqları üzrə komissarı təyin olunub

Baçele vəzifədən getməzdən bir neçə dəqiqə öncə Çinin Sintzyan vilayətində insan haqları pozuntularına dair hesabat yayıb

BMT avstriyalı veteran diplomat Volker Turku qurumun İnsan haqları üzrə Ali komissarı postuna təsdiqləyib.

Hazırda siyasi məsələlər üzrə baş katib müavini olan Turk sentyabrın 8-də BMT Baş Assambleyasında konsensus yoluyla bu vəzifəyə təsdiqlənib. O, avqustun 31-də vəzifə müddətini başa vurmuş Mişel Baçeleni əvəzləyəcək.

57 yaşlı Turk 30 ildən çoxdur BMT-də çalışır, baş katib Antonio Quterreşə yaxındır.

Turk sentyabrın 9-da Twitter-də bu vəzifəyə təyin olunmasından “şərəf” duyduğunu yazıb.

Baçele vəzifədən getməzdən bir neçə dəqiqə öncə Çinin Sintzyan vilayətində insan haqları pozuntularına dair hesabat yayıb. Hesabatda uyğurlar və digər əsasən müsəlman əhaliyə qarşı pozuntular, o cümlədən işgəncə, məcburi əmək, özbaşına saxlama halları sadalanıb.

Pekin ittihamları qətiyyətlə rədd edərək hesabatı bloklamağa çalışıb, BMT-ni “banditə çevrilməkdə, ABŞ və Qərblə əlbirlikdə” ittiham edib.

Çində insan haqları pozuntularını son illər insan haqları qrupları da sənədləşdirir.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Air Moldova Moskvaya uçuşları bərpa edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button