2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkdilli Mərkəzi Asiya: Qərb və Rusiya arasında nüfuz yarışının getdiyi növbəti bölgə?

Britaniya parlamentinin komitəsi Britaniya hökumətinə tövsiyə edib ki, Mərkəzi Asiya ölkələrilə əlaqələri inkişaf etdirsin. Xarici Siyasət Komitəsi deyib ki, Britaniya hökumətinin Mərkəzi Asiya ilə əlaqələri “qeyri-adekvat”dır.

Bu tövsiyələr Fransa Prezidenti Makronun və onun ardınca Vladimir Putinin Mərkəzi Asiyaya səfərindən sonra verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Əsasən türkdilli ölkələrin yerləşdiyi Mərkəzi Asiya həm də Türkiyə Prezidenti Erdoğanın öz nüfuz dairəsini genişləndirməyə çalışdığı bölgədir.

Azərbaycan və Türkiyənin Mərkəzi Asiyanın türkdilli ölkələrilə əlaqələrini inkişaf etdirmək səyləri son illərdə daha qabarıq nəzərə çarpır.

Türkiyə və Azərbaycan liderlərinin də iştirak etdiyi Türk Dövlətləri Təşkilatının sammiti noyabrın əvvəlində Astanada keçirildi.

Prezident Recep Tayyip Erdoğan çıxışında Türkiyəni Naxçıvan vasitəsilə “Ata yurdumuz olan Mərkəzi Asiya ilə birləşdirəcək” kommunikasiya xətləri barədə danışıb.

Azərbaycan da hesab edir ki, regionda nəqliyyat və kommunikasiya sahəsinin inkişafı üçün Mərkəzi Asiya ölkələrinin böyük əhəmiyyəti var.

Rəsmi Bakı bəyan edib ki, regionda yaranmış “yeni fürsətlərin düzgün istifadəsi böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcək”.

Təşkilatın sammitində Kremli qıcıqlandıracaq açıqlamalar verilməyib.

Ancaq Qazaxıstanda səfəri zamanı Fransa Prezidenti həmkarı Tokayevi “Moskvaya boyun əymədiyinə” görə təqdir edib, bunu IntelliNews saytı yazır.

Rusiya rəsmi dairələrinin Makronun açıqlamaları ilə bağlı bəyanatları Moskvanın Qərb nümayəndəsinin səfərindən narahatlıq keçirdiyini üzə çıxarıb.

Ukraynada işğalçı müharibəyə başlamaqla Rusiya Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda nüfuzunu tədricən itirməyə başlayıb.

Qazaxıstanı xüsusi edən məqamlardan biri Rusiyanın ən böyük quru sərhədinin məhz bu ölkə ilə olmasıdır. Bundan əlavə, Qazaxıstan Xəzər dənizi hövzəsində ən uzun sahil xətti olan ölkədir.

Xəzər dənizindən Çinə qədər uzanan Qazaxıstan həm də Rusiyanın Mərkəzi Asiyaya çıxış qapısıdır. Qərb üçün isə Qazaxıstan mineral və enerji ehtiyatları ilə zəngin coğrafiyadır.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button