Loading...
Loading...
Siyasət

Türkiyə deyir ki, Finlandiya və İsveç qanunlarını dəyişməlidir

Finlandiya və İsveç Türkiyənin onların NATO üzvlüyünə qarşı çıxmasını istəmirlərsə, qanunlarını dəyişməlidirlər.
Reuters yazır ki, bunu mayın 31-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
NATO-nun Nizamnaməsinə görə hər hansı bir ölkənin onun üzvlüyünə qəbul olunması üçün bütün digər üzvlərin razılığı tələb olunur.
Ankara bir çox müttəfiqlərini heyrətləndirərək mayın 13-də Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı olduğunu bəyan edib.
Bu iki ölkə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ardınca Şimal alyansına üzvlük barədə qərar qəbul ediblər.
PKK, silah embarqosu və…
Türkiyə İsveçi və Finlandiyanı onun “terrorçu” hesab etdiyi şəxsləri, ilk növbədə PKK tərəfdarlarını himayə etməkdə günahlandırır.
Bundan başqa bu iki ölkə 2019-cu ildə Türkiyə Suriyanın şimalında hərbi əməliyyata başlayanda Ankaraya silah embarqosu elan ediblər.
Çavuşoğlu deyib ki, Türkiyə tələbləri yerinə yetirilməyənədək İsveç və Finlandiyanın NATO-ya üzvlüyü qarşısındakı maneəni qaldırmayacaq.
Ankara bildirir ki, İsveç və Finlandiya PKK və başqa qruplara iddia olunan dəstəyi dayandırmalı və bu təşkilatların öz ərazilərində hər hansı tədbirlər keçirməsini qadağan etməlidir.
Türkiyə bundan başqa Stokholm və Helsinkidən Ankaranın ekstradisiyasını tələb etdiyi şəxslərin təslim edilməsini, habelə Türkiyənin antiterror əməliyyatlarına dəstək verilməsini, bütün silah embarqolarının qaldırılmasını tələb edir.

Stoltenberqin təklifi
Finlandiya və İsveç bu tələblər barəsində artıq Ankara ilə təmaslara başlayıblar və hesab edirlər ki, sözü gedən əngəllərin aradan qaldılması mümkündür.
Çavuşoğlu bildirib ki, İsveç və Finlandiyanın Türkiyəyə səfər etmiş nümayəndələrinə Türkiyənin tələblərini ehtiva edən sənədlər verilib və hazırda Ankara buna, qarşı tərəfin cavabını gözləyir:
“Bizim tələblərimizin icrası qeyri-mümkündürmü? Əlbəttə yox. Biz onların terrora dəstəyi dayandırmalarını istəyirik. Onlar deyirlər ki, ölkələri terror regionlarından uzaqda olduğuna görə qanunları belədir. Elə isə qanunlarını dəyişsinlər. Onlar deyilər ki, terror təşkilatlarına tədbirlər keçirib öz bayraqlarını yelləmələrinə icazə verilib. Elə isə qanunlarını dəyişsinlər”.
Çavuşoğlu deyib ki, NATO-nun baş katibi Yens Stoltenberq bu məsələ ilə məşğul olur və Brüsseldə üçtərəfli görüşün keçirilməsini təklif edib.
Amma türkiyəkli nazir bildirib ki, Ankara Helsinki və Stokholmdan cavab almadan bu danşıqlarda məna görmür.

Mevlüt Çavuoğlu

24 saat” “
Türkiyə deyir ki, Finlandiya və İsveç qanunlarını dəyişməlidir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button