2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə Finlandiya və İsveçlə danışıqları davam etdirir

Türkiyə, Finlandiya və İsveç arasında bu iki Skandinaviya ölkəsinin NATO üzvlüyünə müraciəti ilə bağlı danışıqlar davam edir.
Türkiyə, Finlandiya və İsveç arasında bu iki Skandinaviya ölkəsinin NATO üzvlüyünə müraciəti ilə bağlı danışıqlar davam edir.
Reuters agentliyinin yazdığına görə Türkliyə iyunun 20-də bəyan edib ki, NATO-nun gələn həftə Madriddə keçiriləcək sammiti sözü gedən danışıqlar üçün son müddət deyil.
Finlandiya və İsveç Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca NATO-ya üzvlük üçün müraciət ediblər.
Lakin Türkiyə bu iki ölkənin üzvlüyü ilə bağlı dərhal irad bildirib.
Ankara Helsinki və Stokholmu kürd yaraqlılarını himayə etməkdə və Türkiyəyə silah embarqosu qoymaqda ittiham edir.
Ötən həftə Türkiyə bildirmişdi ki, öz tələblərinə İsveç və Finlandiyadan aldığı cavablar Ankara üçün tam qənaətbəxş deyil.
Ankara bildirir ki, bu iki ölkə ilə danışıqların başlanması üçün Türkiyənin narahatlıqları ilə bağlı suallar cavablandırılmalıdır.

“Açıq və səmimi”
Brüsseldə Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal və prezident Erdoğanın müşaviri İbrahim Kalın bildiriblər ki, İsveç Kürdüstan İşçi Partiyası (PKK) ilə bağlı dərhal konkret addımlar atmalıdır.
Türkiyə rəsmiləri bildirirlər ki, PKK tərəfdarları İsveçdə özlərini çox sərbəst aparır və Türkiyəyə qarşı müxtəlif etiraz aksiyaları keçirirlər.
Kalın bildirib ki, Brüsseldə İsveç, Finlandiya və NATO ilə aparılan danışıqlar “açıq və səmimi atmosferdə” keçib.
Onal deyib ki, Türkiyə İsveç və Finlandiyadan bu məsələyə münasibətlərinin dəyişməsini və Ankaraya qəti zəmanət verilməsini istəyir.
Finlandiya prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Petri Hakkaraynen deyib ki, Brüssel danışıqlarında “aşkar irəliləyişə” nail olmaq mümkün olub, amma müəyyən məsələrdə razılığa gəlinməsi üçün vaxt tələb olunacaq.
NATO liderləri iyunun 29-30-da Madriddə görüşəcəklər.
Hər hansı ölkənin NATO üzvlüyünə qəbulu üçün 30 üzv ölkənin hamısının razılığı tələb olunur.
Türkiyə 70 ildir ki, NATO üzvüdür və alyansın böyüklüyünə görə ikinci ordusuna malikdir.

Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “
Türkiyə Finlandiya və İsveçlə danışıqları davam etdirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button